Son günlər Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 2 halda Orta Asiya ölkələrinin vətəndaşları olan 6 qanunsuz miqrantın dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək cəhdinin, 1 halda isə külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.
DSX-nın Mətbuat Mərkəzindən unikal.org-a verilən məlumata görə, fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zastaÂvasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub, dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib, onlardan 4 nəfər qadının Özbəkistan vətəndaşı, 1 nəfərin isə onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.
Həmin gün Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 Özbəkistan və 1 Qırğızıstan vətəndaşı olan qadınlar saxlanılıb.
Fevralın 16-sı və 17-də DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqaməÂtində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarılÂması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su sətÂhinÂdə və kolluqlarda 39 qutuda 470 ədəd əksəriyÂyəti 1 litrlik şüşə qablarda alkoÂqol içkiləri aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.