Moskva vilayətində kafenin müştərisini ölənədək döymüş barmen saxlanılıb.

Unikal.org TASS-a istinadən bildirir ki, insident Kolomna şəhərində yaşanıb. Barmen qadının işlədiyi kafeyə sərxoş müştəri kişi gəlib. Onların arasında mübahisə başlayıb. Az sonra mübahisə davaya çevrilib və barmen qadın kişinin başına 5 yumruq zərbəsi vurub. Kişi yerə yıxılıb, başı zərblə döşəməyə dəyib. O, aldığı kəllə-beyin travmalarından ölüb.

Həlak olmuş kişi həmin kafeyə tez-tez gəlir, oğurluq edirmiş. Ona görə də bu "müştəri"ni kafeyə girən görəndə barmen qadın onu qovmağa çalışıb.

Kişi getmək istəməyəndə qadın onu yumruqlayıb.