Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.