Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, olay şəhərin 45-ci məhəlləsindəki 14 mərtəbəli binada qeydə alınıb.
Hələlik şəxsiyyəti müəyyən edilməyən 40-45 yaşlı kişi özünü hündürmərtəbəli binadan aşağıya atıb. Özünü öldürən şəxs binanın aşağısında fəaliyyət göstərən "Real" klinikasının üzərinə düşüb.
Canına qəsd edənin şəxsiyyətinin müəyyən ediləməsi və intiharın səbəbləri araşdırılırr