Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində "Daewoo Gentra" markalı minik avtomobili 1969-cu il təvəllüdlü Həsənova Nərgiz Şərif qızını vurub. Ağır xəsarət alan 49 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.