Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində Hacısəlimov Rüstəm Xudaverdi oğlunun idarə etdiyi "BMW markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.