İran bayrağı altında üzən "TARADİS yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, axtarışlar Xəzər dənizinin Azərbaycana aid olan hissəsində aparılır.

Bu gün aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub. 

Əlavə məlumat veriləcək.