Azərbaycan Respublikası ərazisində 4,2 maqnituda gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yeraltı təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:03-də Xınalıqdan 17 km şimal-şərqdə Quba rayonu ərazisində qeydə alınıb.
Zəlzələnin ocağı yerin 36 km. dərinliyində olub. Yeraltı təkanlar hiss olunmayıb.