Bakının Sabunçu rayonundakı mənzillərdən birində kirayə qalan yaşlı qadın ölü tapılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 55 yaşlı Hüseynova Səadət Yolçu qızının meyiti yaşadığı mənzildə aşkar edilib. Onun ölümünün dəqiq səbəbləri araşdırılır.

Qadın uzun müddətdir ki, mənzildə tək yaşayıb.