Sabirabad rayonunda traktor 6 yaşlı uşağı vurub.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Sabirabad rayonunun Moranlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Cəlil Telman oğlu traktorun altında qalaraq ölüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.