Dünən axşam Bakı metrosunun "28 May" stansiyasında saat 20:30 radələrində 46 yaşı olduğunu deyən Vüqar adlı şəxsin halı qəfil pisləşib.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, yerə yıxılan şəxsi digər sərnişinlər oturacağa uzadaraq təcili yardım gələnə qədər ilkin tibbi yardımı göstəriblər. Polis əməkdaşlarının səhhətində problem yaranan kişiyə görə narahatlıqları gözdən qaçmayıb.

Gecikən tibb işçiləri və polislərin köməyi ilə Vüqar metrodan çıxarılıb.

O, şəkər xəstəsi olduğunu deyib.