Bakının Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb.

Unikal.org-un FHN-in saytında istinadən verdiyi məlumata görə, sexin lambirdən ibarət tavanı yüksək temperaturdan 200 m² sahədə əriyib.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.