Bakıda sərnişin avtobusu piyadanı vurub öldürüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

"Baku Bus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən "Koroğlu" parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın - 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı hadisə yerindəcə dünyasını dəyişib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev  bildirib ki, hadisə piyadanın səhlənkarlığından baş verib.

Faktla bağlı araşdırma aparılır.