Metroda oğurluq hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, bu gün 18:30 radələrində Bakı metrosunun "28 May stansiyasında gənc bir xanımın mobil telefonu oğurlanıb. Belə ki, naməlum şəxs xanımın əlindən telefonu götürərək qaçmağa başlayıb. Oğurluq hadisəsi ilə üzləşən xanım ətrafda olan sərnişinlərdən kömək istəyib. Sərnişinlərdən 2 nəfəri oğrunun dalınca qaçaraq onu tutmağa çalışıb. Bunu görən oğru telefonu yerə ataraq ərazidən uzaqlaşaraq gözdən itib.

Gənc xanım telefonunu əldə etsə də, üzləşdiyi halla bağlı polisə müraciət etməkdən imtina edib.