Bakıda 30 nəfərin faciəli şəkildə öldüyü Respublika Narkoloji Mərkəzi ilə bağlı maraqlı faktlar:

Unikal.org xəbər verir ki, Respublika Narkoloji Dispanseri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə 1986-cı il avqust ayının 20-də yaradılıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2011-ci il tarixli, 63 nömrəli əmri əsasında təsdiq edilmiş əsasnaməyə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi (bundan sonra "Mərkəz) yaradılıb. Bu mərkəzdə mərkəz əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya ( xüsusi razılıq) tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirir.

Respublika Narkoloji Mərkəzi narkoloji xidmət sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində müvafiq işlər görür.
Mərkəz "Narkoloji xidmət və nəzarət haqqında, "Narkotik vasitələrinin, psixotrop maddələrinin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanunu, Nazirlər Kabinetinin qərarları və Səhiyyə Nazirliyi tərəfindən verilmiş müvafiq əmr və sərəncamlar əsasında işini qurur.

Mərkəzin direktoru Telman Məmmədhəsənovdur.