Məlum olduğu kimi, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın olub.
İlkin məlumata görə, hadisə nəticəsində 30 nəfərədək şəxs ölüb.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, əhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olan əməkdaşlarının məlumatına görə, birliyə 30-a yaxın şəxsin meyiti gətirilib. Onların üzərində ciddi yanıq əlamətləri görünür, cəsədlər tanınmaz hala düşüb.
Yanğın baş verən bölmədə 120 xəstə müalicə olunurmuş