Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə fevralın 28-i Qara Qarayev prospekti 39/47 ünvanında "Oskar mebel salonunun qarşısında qeydə alınıb.

Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: "Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi.

Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib.

Qeyd edək ki, Ülkər Qasımqızı "Xəzər televiziyasında müxbir vəzifəsində çalışır.