Xəbər verdiyimiz kimi, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib.

Unikal.org-a  Səhiyyə Nazirindən bildirib ki, ölənlərin hamısı mərkəzdə müalicə alan  kişi xəstələr olub.

"Ölənlərin hamısı kişi xəstələr olub. Aralarında mərkəzin hər hansı bir işçisi olmayıb". 

Qeyd edək ki, xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hadisə nəticəsində 25 nəfərin həyatını xilas etmək mümkün olmayıb.