Tovuz rayonunda sirkə turşusundan zəhərlənmə faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Köhnə Qala kənd sakini, 1963-cü il təvəllüdlü Abdıyev Elxan Məhərrəm oğlu sirkə turşusu zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

E.Abdıyevin hansı şəraitdə zəhərləndiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.