Astara rayonu Şahağacı kəndində yol qəzası olub.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, "VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən qarşısına maneə çıxıb. Sürücü maneədən yayınmaq istəyərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.

Nəticədə qəza zamanı sərnişin 1976-cı il təvəllüdlü Təranə Ağakərim qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.