Ötən gün Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olanlardan biri həkimdir.

Unikal.org Yenicag.az-a istinadən əldə etdiyi məlumata görə, bu, Azər Sadəddinovdur. Narkoloji Mərkəzin 62 yaşlı həkimi hadisə zamanı içəridə olub.

Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.

***
10:17
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova Unikal.org-a açıqlamasında bildirib ki, yanğın zamanı ölənlər arasında Narkoloji Mərkəzin həkimi olmayıb: "Yayılan məlumat həqiqətə uyğun deyi. Bir daha bəyan edirik ki, ölənlərin hamısı kişi xəstələr olub. Aralarında mərkəzin hər hansı bir işçisi olmayıb".

***
10:47
Ötən gün Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olanlardan bəzilərinin şəxsiyyəti müəyyənləşib.

Femida.az-a istinadən xəbər verir ki, ölənlərdən biri mərkəzdə müalicə alan və əvvəllər diş həkimi işləmiş Azər Sadəddinovdur.

Yanğın zamanı həlak olan şəxsin Narkoloji Mərkəzin tibbi personalı siyahısında olmadığı məlum olub.

Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.

Sayt qeyd edir ki, yanğın zamanı həlak olan şəxslərin böyük əksəriyyəti gənclər imiş.Onlar arasında iki nəfər 1992-ci il təvəllüdlü şəxslər var. Həlak olan şəxslərdən ən yaşlısı 56,63 və 66 yaşlı şəxslərdir. Onlardan bəzilərinin meyitləri ailələrinə təhvil verilib.