Narkoloji Mərkəzdəki dəhşətli yanğında dünyasını dəyişənlərdən biri də vəkil olub.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun həmkarları məlumat paylaşıb. Belə ki, dünən baş verən dəhşətli yanğın zamanı dünyasını dəyişən 26 nəfərdən biri də vəkil Elxan Əsədov olub. 

E.Əsədov da mərkəzdə müalicə alırmış.

Mərhumun nəşi ailəsinə təhvil verilib, dəfn mərasimi Tovuzda olacaq.