Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb.

Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 2-də saat 17 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Teymur Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Mübariz Xıdırovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.