Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Unikal.org-un  FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1942-cı il təvəllüdlü İbrahimov Ənvər Səlim oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. 
Əməliyyat başa çatıb.