Neftçala sakini xəsarət alıb.

Unikal.org "Report"a istinadən cəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Tarverdiyev Feyruz Fəyyaz oğlu qarnının kəsilmiş-deyilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxananın cərrahiyyə şöbəsinə qaldırılan yaralı əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

F.Tarverdiyevin dediyinə görə, həyətdə iş görən zaman qarın nahiyəsinə dəmir batıb.

Faktla bağlı araşdırma aparılır.