Paytaxtın Nəsimi rayonunda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Hüseynova Rəqibə Qara qızı Xarici Dillər Universitetinin qarşısında yolu keçərkən, onu "90-VK-525" dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil vurub. Sürücü yaralını xəstəxanaya aparıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.