ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.
O, hökmdən şikayət verərək ona şərti cəza verilməsini və azadlığa buraxılmasını istəyib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin icraatına verilib.