Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Badamdar şosesində - "Bəyoğlu" şadlıq sarayının qarşısında naməlum avtomobil 1972-ci il təvəllüdlü Davudov Azər Akif oğlunu vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Hazırda qəzanı törədən avtomobilin və sürücüsünün müəyyənləşdirilərək saxlanması istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi açılıb.