Cəlilabad rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, mərhumun 1997-ci il təvəllüdlü Sirus İlham oğlu Nəsirov olduğu müəyyənləşib. Həmin gəncim meyitini çobanlar tapıblar.
Hazırda S. Nəsirovun hansı şəraitdə ölməsi müəyyənləşdirilir.

16:18

Cəlilabadda naməlum kişi meyiti tapılıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Ləkin kəndində meşəlik sahədə meyit aşkarlanıb. Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi istiqamətində tədbirlər görülür.