Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən (siçan), daha iki uşağı isə sahibsiz it dişləyib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu gün səhər saatlarında rayonun Cuma kənd sakinləri, 2016-cı il təvəllüdlü İmarət Polad qızı Məcnunova sol baldır nahiyəsinin, onun 2014-cü il təvəllüdlü qardaşı Aslan isə başın alın nahiyəsinin kəsəyən dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

Günorta saatlarında isə Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Murad Kazım oğlu Əhmədov döş qəfəsinin sağ hissəsinin it dişləməsi, rayonun Sarıca kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdi Ziyad oğlu Rüstəmov isə sol diz nahiyəsinin it dişləməsi xəsarəti ilə MRX-yə yerləşdiriliblər.