20:38:30

Qax rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən  xəbər verir ki, hadisə rayonun Alatəmir kəndində qeydə alınıb.

Belə ki, bu gün axşam saatlarında iki avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 3-dən cox insan ağir xəsarət alib.

21:31

Qax rayonunun Alatəmir kəndində "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşması nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

Yaralıların 3-nün vəziyyəti ağirdir.(report)

21:37

Qaxda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndi ərzisində baş verib. "Volkswagen markalı, "34 BE 852 dövlət nömrə nişanlı minik avtomobili ilə "VAZ-21011 markalı "62 BC 796 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb, ikisi ağır olmaqla 4 nəfər isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, yaralılardan rayonun Əlibəyli kənd sakini 20 yaşlı Sioşvili Laşa Aludayeviç ağır qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, digər hələki şəxsiyyəti bilinməyən 3 nəfər isə cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.