Sabirabad rayonunda avtomobil piyadanı vurub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Şıxsalahlı kəndində 2007-ci il təvəllüdlü Səringül Rafiq qızı Rami bu gün səhər saatlarında məktəbə gedərkən "VAZ 21 07 markalı avtomobil tərəfindən vurulub. Məktəbli qız kəllə-beyin travması ilə sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.