Bakı-Qazax-Gürcüstan yolunun Qazax rayonunun Daş Salahlı kəndi ərazisindən keçən hissəsində iki "Mercedes maşını toqquşub. Hadisədə xəsarət alan şəxslərin adı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsüsü, 1973-cü il təvəllüdlü Fikrət Hikmət oğlu Mahmudov və 1980-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Vəliyev və sərnişin Çingiz Əli oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılardan Ç.Əhmədov ambulator müalicəyə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən araşdırma aparılır.