Yevlax şəhərində özünü körpüdən kür çayına atan nişanlı qızın intihara cəhd etməsinin səbəbi məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, Yevlax şəhər sakini, 2001-ci il təvəllüdlü B.Abdullayeva intihar etmək məqsədi ilə özünü Kür çayına atıb.

Əldə olunan məlumata görə, B.Abdullayeva nişanlı olub və ailə qurmaq istəməməsi səbəbindən valideynləri ilə mübahisə edib. Bundan sonra o, Kür çayının Yevlax şəhərindən keçən hissəsindəki körpüdən özünü çaya ataraq intihara cəhd edib.

B.Abdullayeva ərazidə xidmət aparan Mühafizə Polisinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.