Qəbələ rayonunda orta məktəbdə yanğın olub.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Laza kəndində ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb.-‹ Hadisə zamanı xəsarət alan olmayıb.