Abşeron rayonunda yolu keçən iki məktəblini maşın vurub.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə martın 6-sı günorta saatlarında Ceyranbatan qəsəbəsində baş verib.

Dərsdən evə qayıdan iki şagird - 2001-ci il təvəllüdlü Nəzrin Bilal qızı Candirova və 2005-ci il təvəllüdlü Xədicə İman qızı Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.