Bakının Nəsimi rayonunda yaşlı qadın ikinci mərtəbədən yerə yıxılaraq xəsarət alıb.
Unikal.org "Report"a istinadən bildirir ki, 1958-ci il təvəllüdlü Alışova Zemfira Hüseynağa qızı yaşadığı binanın eyvanından yıxılıb.
O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.