Gədəbəydə qadın qonşusu tərəfindən döyülüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Söyüdlü kənd sakini, 1955-ci il təvəllüdlü Kərimova Xumnaz Qurban qızı müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, qadın torpaq üstündə yaranan dava zamanı qonşusu tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.