Göygöl rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, fevralin 26-da rayonun Şəhriyar kənd sakinin evindən 1 ədəd plazma televizor və mis məişət əşyaları oğurlayan şəxs, 1988-ci il təvəllüdlü Söhrab Sabir oğlu Ellezov oğurladığı əşyaları satmaq istəyən zaman saxlanılıb.

DİN Mətbuat Xidmətinin Qərb Regional Qrupundan verilən məlumata görə, saxlanılan şəxs əvvəllər də Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.