Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.
Unikal.org DİN-nin saytına istinadən xəbər verir ki, saxlanılan şəxslər martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərib.
Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin maşinist və köməkçisi olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.