Goranboyda polis əməkdaşı ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə,Xocalırayon Polis Şöbəsinin əməkdaşı 1990-cı il təvəllüdlü Əhmədov Alim Nəriman oğlu bu gün ağır bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra o, Gəncədəki özəl klinikaların birinə aparılıb.

Öncə polisin rayonun Qaraçinar kəndi ərazisində avtomobil tərəfindən vurulduğu bildirilsə də,Xocalırayon Polis Şöbəsindən A. Əhmədovun ehtiyatsızlıq nəticəsində yıxılaraq xəsarət aldığı bildirilib.