Paytaxtın Binəqədi rayonunda qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Əsgərova Sədaqət Fərhad qızını "99-JK-506" dövlət qeydiyyat nişanlı "İveco Astra" markalı yük avtomobili vurub.

Yaralını "təcili tibbi yardım" maşını xəstəxanaya yerləşdirib. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.