Gəncə şəhəri, Nizami rayonunda "FİAT" minik avtomobilinin idaretmə lövhəsi yanıb, yüksək temperaturdan ön şüşə çatlayıb və günlük əriyib.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda isə "Kia" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.