Cəlilabad rayonunda yol qəzası baş verib.

Unikal.org-un "Report"a istinadə məlumatına görə, hadisə nəticəsində bir nəfər ağır xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstə hazırda koma vəziyyətindədir. Onun kimliyi və qəzanın təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.