Dörd əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Unikal.org-a verilən məlumata görə, 8 mart tarixində Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqa¬mətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.
 Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan isti¬qamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Bukavadze Sara Rövşən qızı sərhəd pozucusu qismində tutulub.
 9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycandan İran İslam Respubli¬kası istiqa¬mətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı - 1989-cu il təvəllüdlü Yerjaşeva Mavhudxov Qafurovna sərhəd pozucusu qismində saxlanılıb.  
 Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Famil Fərhadoğlu