Bakıda daha iki məhkum xəstəlikdən ölüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılanlar - 1965-ci il təvəllüdlü Mais Fazil oğlu Səfərov və 1951-ci il təvəllüdlü Fərman Nəriman oğlu Hüseynov xəstəlikdən ölüblər.