Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimi iş başında döyülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya gətirilən 1954-cü il təvəllüdlü Qasımov Kərim Qasım oğlu və adı hələ ki, bilinməyən oğlu ilə birlikdə həkim-travmatoloq Rza Rzayevə hücum edib.

Əlbəyaxa dava zamanı həkim möhkəm döyülüb.

Dərhal hadisə yerinə gələn polis əməkdaşları həkimə hücum çəkən şəxsləri saxlayaraq məsuliyyətə cəlb edib.