Bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində zəncirvarı avtomobil qəzası baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, bu gün saat 8.30 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində 3 avtomobilin iştirak etdiyi zəncirvarı qəzada çoxlu sayda yaralının olduğu bildirilir.

Yaralılar təcili yardım maşınları ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

12:05

Qobustan rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsində 3 nəfərin xəsarət aldığı məlum olub.

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində "Mersedes", "VAZ 2109" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon sakinləri-1993-cü il təvəllüdlü Cəfərli Şakir Balamirzə oğlu, 1987-ci il təvəllüdlü İbadov ElmirCəbrayıloğlu və 1986-cı il təvəllüdlü Cəfərov Rəmşid Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.