Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. 
12:49
***
13:52
Yevlaxda məktəbliləri daşıyan mikro avtobus qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində baş verib.

Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus "QAZ-53 markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində maşında olan məktəblilər müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvanın vəziyyəti ağır olaraq qalır.

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.