Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu "Zeytun budağı" çərçivəsində Afrində daha 14 strateji mərkəzi terroristlərdən təmizləyib.

Unikal.org TSQ-ya istinadən xəbər verir ki, Afrinin şimal-qərbində yerləşən Hocama, Hocamali, Savan Kabir, Çançanlı kəndləri ilə yanaşı, vilayətin cənub-qərbində yerləşən Cinderese bağlı Tellef, Kocaman kəndləri, şimalındakı Bülbül diyarının Solaklı və Alibey kəndləri və mahal mərkəzinə bağlı Kavkabah kəndini YPG / PKK-DEAŞ-dan alınıb.

Cinderes-Afrin yolu üzərində yerləşən, strateji əhəmiyyət kəsb edən "Bableit" Hava Limanı terroristlərdən təmizləndi.

Bununla belə Kastel Keçik, Kara Tepe, Halidiye, Culbul və Kane Kauer kəndləri terroristlərdən təmizlənib.

Ümumilikdə gün ərzində 14 strateji nöqtə terroristlərdən təmizlənib.